Şirkət

“AqroVest” şirkəti Azərbaycanda ekoloji cəhətdən təmiz alma sortları yetişdirmə sahəsində liderlərdən biridir.

Biz istehlakçılarımızın qayğısına qalırıq. Buna görə də beynəlxalq standartlara uyğun, ekoloji cəhətdən təmiz məhsul yetişdirimək bizim üçün prinsipiallıq kəsb edir.

Təsərrüfatımız Qusar rayonunda şəhərlərdən və avtomobil yollarından kənarda  yerləşir, bu da məhsulumuzun ekoloji cəhətdən təmizliyinə və keyfiyyətinə zəmanət verməyə imkan verir.

2010-cu ildən şirkət super intensiv alma bağları yaratmağa başlamışdır. 2011-2012-ci illərdə Fransanın “DALİTREE” və “VALOİS” şirkətlərindən 150 000 ting satın alınmışdır. “AqroVest” hər il öz əkin sahələrini genişləndirir.

Fransalı mütəxəssislər ildə bir neçə dəfə torpaq analizi aparır, almalara qulluq etmək, becərməklə bağlı, ağacların xəstəliklərdən və zərərvericilərdən qorunması ilə bağlı məsləhətlər verir.