Doğranmış fındıq ləpəsi

Crushed hazelnuts
“AQROVEST” şirkətinin hazır məhsullarının spesifikasiyası

1. Məhsulun adı:

    Qovrulmuş və doğranmış fındıq ləpəsi

2. Doğranmış parçaların ölçüləri:

    0-2 mm, 1-3 mm, 2-4 mm, 3-5 mm, 4-6 mm

3. Təsviri:

    Böyüklük, forma, rəng baxımından həmcins qovrulmuş fındıq ləpəsi parçaları

4.  Məhsula olan ümumi tələblər:

    Qovrulmuş və doğranmış fındıq ləpəsi hazırkı texniki xarakteristikaların, Azərbaycan hökumətinin 30.04.2010 tarixli, 25 saylı sərəncamının tələblərinə cavab verməli və TŞ AZ 3156503-02-2011/ standartlarına uyğun olmalıdır.

5. Qablaşdırma:

    Qofr kartondan olan qutulara yığılan,  xalis çəkisi 25 kq, 20 kg, 12.5 kq, 10 kg, 5 kq, 1 kq, 0.5 kg olan,  istilik verərək əridilib qapşdırılmış plyonka materialından ibarət vakuum paketlər

6. Markalama:

    Marka ingilis və rus dillərində qablaşdırma üzərinə vurulur və aşağıdakı məlumatı daşıyır:
    1)         Məhsulun adı
    2)         İstehsalçı şirkətin adı, ünvanı, məhsulun mənşə ölkəsi
    3)        Məhsulun partiya nömrəsi
    4)        Məhsulun yığıldığı və qablaşdırıldığı tarix
    5)        Brutto və netto çəkisi
    6)        İstifadəyə yararlılıq müddəti
    7)        Saxlama şəraiti

7. Saxlanması:

    Qablaşdırılmış halda təmiz, havanın nisbi rütubətinin 55-60%-dən çox olmadığı quru anbarlarda +10C-dən +20C-yə qədər temperaturlarda saxlanmalıdır.

8. İstifadəyə yararlılıq müddəti:

    Saxlanma şərtlərinə əməl olunduğu hallarda zəmanət verilən istifadəyə yararlılıq müddəti 12 aydır.

Məhsul növünün xarakteristikası və tətbiq olunan normalar

1. Orqanoleptik xassələri

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. Fiziki – kimyəvi xassələri

 

 

 

 

 

3. Mikrobioloji göstəricilər

Göstəricinin xarakteristikası Qovrulmuş və doğranmış fındıq ləpəsi. Doğranmış parçaların ölçüləri: 0-2 мм, 1-3 мм, 2-4 мм, 3-5 мм, 4-6 мм Normativ-texniki sənədlərdə göstərilməsi
Xarici görünüşü

Böyüklük, forma, rəng baxımından həmcins qovrulmuş fındıq ləpəsi parçaları

TŞAZ  3156503-02-2011
Dad və qoxu Qovrulmuş fındıq ləpəsi üçün xarakterik dad və qoxu, kənar cisimlərin dadı və qoxusu hiss edilmir TŞAZ  3156503-02-2011
Rəng Açıq krem rəngindən tünd-qızılı rəngə qədər. Qırıq yerlərində içi ağ, açıq krem rəngindədir TŞAZ  3156503-02-2011
Tekstura Kövrək, xırçıldayan TŞAZ  3156503-02-2011
Ləpələrin nəmliyi, %, ən çox 2,5 TŞAZ  3156503-02-2011
Kiflənmiş və qaxsımış, ziyanvericilər tərəfindən korlanmış, saralmış  ləpə parçaları Yol verilmir TŞAZ  3156503-02-2011
Soyulmamış ləpə parçaları, %, ən çox 15,0 TŞAZ  3156503-02-2011
Ölçü standartından (kalibrdən) yol verilən yayınma, ümumi kütlənin faizlə hissəsi olaraq, ən çox 5,0 TŞAZ  3156503-02-2011
Yad cisimlər, o cümlədən qabıq parçaları, daşlar Yol verilmir TŞAZ  3156503-02-2011

Canlı ziyanvericilərin (həşəratların və onların sürfələrinin) mövcudluğu

Yol verilmir TŞAZ  3156503-02-2011
Peroksid ədədi, mol, O2/kq 3,5-dən az GOST 51487-99
Turşuluq ədədi, ml, KOH/q 1,0 GOST 50457-92
Yağların kütlə payı, %, ən az 59,0 GOST 5899-85
Məhsulun bağırsaq çöpləri qrupuna aid bakteriyaların  (koliformlar) mövcudluğuna yol verilməyən hissəsi (qramla) 0,1 GOST 30518-97

GOST 50474-93

Məhsulun 25 qramında rast gəlinən patogen mikroorqanizmlər, o cümlədən salmonellalar Yol verilmir GOST 50480-93,

GOST 30519-97

Kiflər, KOE(koloniya yaradan vahidlər)/q 500-dən az GOST 10444.12-88

GOST 26670-01

4. Təhlükəsizlik göstəriciləri, mq/kq, ən çox

Zəhərli elementlər
Qurğuşunun kütlə konsentrasiyası 0,5 GOST 26932-86
Arsenin kütlə konsentrasiyası 0,3 GOST 26930-86
Kadmiumun kütlə konsentrasiyası 0,1 GOST 26933-86
Civənin kütlə konsentrasiyası 0,05 GOST 26927-86
Mikotoksinlər
B1 aflotoksininin  kütlə konsentrasiyası, mq/kq, ən çox 0,005 GOST 30711-01
Pestisidlər
Heksaxlorsikloheksan, mq/kq, ən çox 0,5 СанПиН 42-123-4540
DDT və metabolizminin məhsulları, mq/kq, ən çox 0,15 СанПиН 42-123-4540
Radionuklidlər
Cezium -117, ən çox 200 МУК 2.6.1.1194-03
Stronsium – 90, ən çox 100 МУК 2.6.1.1194-03

5. Paletlər şəklində yığılması:

    - palet üzərinə yığılmış qofr karton qutular – quru, təmiz, yad qoxusuz
    - paletin səthi ilə yük arasına kartondan aralıq qatın istifadə olunması
    - bir paletdə ancaq bir partiya yük ola bilər
    - üstünə yük yığılmış paletlər streç – plyonka ilə sarınır
    - məhsul 800*1200 mm ölçülü avro – paletlərlə daşınır

6. Daşınması:

    Üstüörtülü nəqliyyat vasitələri ilə. Məhsulu yükləməzdən əvvəl nəqliyyat vasitəsinin təmizliyi, quruluğu, həşəratların və yad qoxuların olub-olmadığı yoxlanılır.
    Hər bir nəqliyyat vasitəsinin sanitariya pasportu (gigiyena sertifikatı) olmalıdır.