Fındıq Pastası

hazelnate paste

“AQROVEST” şirkətinin hazır məhsullarının texniki xarakteristikaları

1. Məhsulun adı:

    Fındıq Pastası

2. Təsviri:

    100% fındıq ləpəsindən hazırlanmış nazik dispersli, həmcins pasta

3.  Məhsula olan ümumi tələblər:

    “Fındıq” hazırkı texniki xarakteristikaların, Azərbaycan hökumətinin 30.04.2010 tarixli, 25 saylı sərəncamının tələblərinə cavab verməli və GOST 16835-81 standartlarına uyğun olmalıdır.

4.  Qablaşdırma:

    Germetik qapaqlı 15 kq, 10 kq tutumlu plastik vedrələr, 200-230 kq tutumlu plastik çəlləklər

5.  Markalama:

    Marka ingilis və rus dillərində qablaşdırma üzərinə vurulur və aşağıdakı məlumatı daşıyır:
    1)         Məhsulun adı
    2)         İstehsalçı şirkətin adı, ünvanı, məhsulun mənşə ölkəsi
    3)        Məhsulun partiya nömrəsi
    4)        Məhsulun yığıldığı və qablaşdırıldığı tarix
    5)        Brutto və netto çəkisi
    6)        İstifadəyə yararlılıq müddəti
    7)        Saxlama şəraiti

6.  Saxlanması:

      Qablaşdırılmış halda təmiz, havanın nisbi rütubətinin 55-60%-dən çox olmadığı quru anbarlarda +10C-dən +20C-yə qədər temperaturlarda saxlanmalıdır.

7.  İstifadəyə yararlılıq müddəti:

    Saxlanma şərtlərinə əməl olunduğu hallarda zəmanət verilən istifadəyə yararlılıq müddəti 12 aydır.

Məhsul növünün xarakteristikası və tətbiq olunan normalar

1. Orqanoleptik xassələri

 

 

 

 

 

 

 

 

 

 

 

 

2. Fiziki-kimyəvi xassələri

 

 

 

 

 

3. Mikrobioloji göstəricilər

Göstəricinin xarakteristikası “Fındıq” pastası Normativ-texniki sənədlərdə göstərilməsi
Xarici görünüşü 100% fındıq ləpəsindən hazırlanmış  nazik dispersli həmcins pasta, yağ, piy və dad qatqı maddələri əlavə edilməmişdir TŞAZ  3156503-02-2011
Dad və qoxu Qovrulmuş fındıq ləpəsi üçün xarakterik dad və qoxu, kənar cisimlərin dadı və qoxusu hiss edilmir TŞAZ  3156503-02-2011
Rəng Fındığn qovrulma dərəcəsindən asılı olaraq açıq krem rəngindən qəhvəyi rəngə qədər. TŞAZ  3156503-02-2011
Tekstura Həmcins, axıcı TŞAZ  3156503-02-2011
Nəmliyi, %, ən çox 2,5 TŞAZ  3156503-02-2011
Üyüdülmə dərəcəsi (Reutov şkalasına görə), %, ən az 92,0 TŞAZ  3156503-02-2011
Peroksid ədədi, mol, O2/kq 3-dən az GOST 51487-99
Turşuluq ədədi, ml, KOH/q 1,0 GOST 50457-92
Yağın kütlə payı, %, ən çox 67 GOST 5899-85
Məhsulun 0,1 qramında rast gəlinən bağırsaq çöpləri qrupuna aid bakteriyalar (koliformlar) Yol verilmir GOST 30518-97

GOST 50474-93

Məhsulun 25 qramında rast gəlinən patogen mikroorqanizmlər, o cümlədən salmonellalar Yol verilmir GOST 50480-93,

GOST 30519-97

Kiflər, KOE(koloniya yaradan vahidlər)/q 500-dən az GOST 10444.12-88

GOST 26670-01

4. Təhlükəsizlik göstəriciləri, mq/kq, ən çox
Zəhərli elementlər
Qurğuşunun kütlə konsentrasiyası 0,5 GOST 26932-86
Arsenin kütlə konsentrasiyası 0,3 GOST 26930-86
Kadmiumun kütlə konsentrasiyası 0,1 GOST 26933-86
Civənin kütlə konsentrasiyası 0,05 GOST 26927-86
Mikotoksinlər
B1 aflotoksininin  kütlə konsentrasiyası, mq/kq, ən çox 0,005 GOST 30711-01
Pestisidlər
Heksaxlorsikloheksan, mq/kq, ən çox 0,5 СанПиН 42-123-4540
DDT və metabolizminin məhsulları, mq/kq, ən çox 0,15 СанПиН 42-123-4540
Radionuklidlər
Cezium -117, ən çox 200 МУК 2.6.1.1194-03
Stronsium – 90, ən çox 100 МУК 2.6.1.1194-03

5. Daşınması:

    Üstüörtülü nəqliyyat vasitələri ilə. Məhsulu yükləməzdən əvvəl nəqliyyat vasitəsinin təmizliyi, quruluğu, həşəratların və yad qoxuların olub-olmadığı yoxlanılır.
    Hər bir nəqliyyat vasitəsinin sanitariya pasportu (gigiyena sertifikatı) olmalıdır.