Qovrulmuş fındıq ləpəsi

Roasted hazelnut kernels

“AQROVEST” şirkətinin hazır məhsullarının texniki xarakteristikaları

1. Məhsulun adı:

    Qovrulmuş fındıq ləpəsi

2. Ölçüləri (diametri):

    9-11 mm, 10-12 mm, 11-13 mm, 12-13 mm, 13-15 mm

3. Təsviri:

    Qovrulmuş fındıq ləpəsi

4. Məhsula olan ümumi tələblər:

    Qovrulmuş fındıq ləpəsi hazırkı texniki xarakteristikaların, Azərbaycan hökumətinin 30.04.2010 tarixli, 25 saylı sərəncamının tələblərinə cavab verməli və GOST 16835-81 standartlarına uyğun olmalıdır.

5. Qablaşdırma:

    Qofr kartondan olan qutulara yığılan,  xalis çəkisi 25 kq, 20 kg, 12.5 kq, 10 kg, 5 kq, 1 kq, 0.5 kg olan,  istilik verilərək əridilib yapışdırılmış plyonka materialından ibarət vakuum paketlər

6. Markalama:

    Marka ingilis və rus dillərində qablaşdırma üzərinə vurulur və aşağıdakı məlumatı daşıyır:
    1)         Məhsulun adı
    2)         İstehsalçı şirkətin adı, ünvanı, məhsulun mənşə ölkəsi
    3)        Məhsulun partiya nömrəsi
    4)        Məhsulun yığıldığı və qablaşdırıldığı tarix
    5)        Brutto və netto çəkisi
    6)        İstifadəyə yararlılıq müddəti
    7)        Saxlama şəraiti

7. Saxlanması:

    Qablaşdırılmış halda təmiz, havanın nisbi rütubətinin 55-60%-dən çox olmadığı quru anbarlarda +10C-dən +20C-yə qədər temperaturlarda saxlanmalıdır.

8. İstifadəyə yararlılıq müddəti:

    Saxlanma şərtlərinə əməl olunduğu hallarda zəmanət verilən istifadəyə yararlılıq müddəti 12 aydır.

Məhsul növünün xarakteristikası və tətbiq olunan normalar

1. Orqanoleptik xassələri Göstəricinin xarakteristikası Qovrulmuş fındıq ləpəsi

Ölçüləri (diametri): 9-11 mm, 10-12 mm, 11-13 mm, 12-13 mm, 13-15mm

Normativ-texniki sənədlərdə göstərilməsi
Xarici görünüşü

Böyüklük və forma baxımından həmcins ləpələr

TŞAZ  3156503-02-2011
Dad və qoxu Qovrulmuş fındıq ləpəsi üçün xarakterik dad və qoxu, kənar cisimlərin dadı və qoxusu hiss edilmir TŞAZ  3156503-02-2011
Rəng Açıq krem rəngindən tünd-qızılı rəngə qədər. Qırıq yerlərində içi ağ, açıq krem rəngindədir TŞAZ  3156503-02-2011
Tekstura Kövrək, xırçıldayan TŞAZ  3156503-02-2011
Ləpələrin nəmliyi, %, ən çox 2,5 TŞAZ  3156503-02-2011
2. Fiziki-kimyəvi xassələri Tələblərə və standartlara cavab verməyən ləpələrin miqdarı, %, ən az
Qırıq, mexaniki zədə almış 2,0 TŞAZ  3156503-02-2011
Bürüşmüş, qurumuş, tam yetişməmiş, ziyanvericilər tərəfindən korlanmış 1,0 TŞAZ  3156503-02-2011
Kiflənmiş, qaxsımış, özəyi saralmış 1,0 TŞAZ  3156503-02-2011
Badam ləpəsi formasında 1,0 TŞAZ  3156503-02-2011
Uzunsov 1,0 TŞAZ  3156503-02-2011
Yarım 2,0 TŞAZ  3156503-02-2011
Əkiz ləpələr 1,0 TŞAZ  3156503-02-2011
Ziyanvericilər və onların sürfələri tərəfindən xəstəliyə yoluxmuş Yol verilmir TŞAZ  3156503-02-2011
Qabıq və yad cisimlərlə kirlənmə Yol verilmir TŞAZ  3156503-02-2011
Soyulmamış qabığı 1 sm2 və daha çox olan ləpələr 7,0 TŞAZ  3156503-02-2011
Soyulmamış qabığı 1 sm2 –dən az olan ləpələr 15,0 TŞAZ  3156503-02-2011
Peroksid ədədi, mol, O2/kq 3,5-dən az GOST 51487-99
3. Mikrobioloji göstəricilər Turşuluq ədədi, ml, KOH/q 1,0 GOST 50457-92
Məhsulun 0,001 qramında rast gəlinən bağırsaq çöpləri qrupuna aid bakteriyalar (koliformlar) Yol verilmir GOST 30518-97

GOST 50474-93

Məhsulun 25 qramında rast gəlinən patogen mikroorqanizmlər, o cümlədən salmonellalar Yol verilmir GOST 50480-93,

GOST 30519-97

Kiflər, KOE (koloniya yaradan vahidlər)/q 1000-dən az GOST 10444.12-88

GOST 26670-01

4. Təhlükəsizlik göstəriciləri, mq/kq, ən çox

Zəhərli elementlər
Qurğuşunun kütlə konsentrasiyası 0,5 GOST 26932-86
Arsenin kütlə konsentrasiyası 0,3 GOST 26930-86
Kadmiumun kütlə konsentrasiyası 0,1 GOST 26933-86
Civənin kütlə konsentrasiyası 0,05 GOST 26927-86
Mikotoksinlər
B1 aflotoksininin  kütlə konsentrasiyası, mq/kq, ən çox 0,005 GOST 30711-01
Pestisidlər
Heksaxlorsikloheksan, mq/kq, ən çox 0,5 СанПиН 42-123-4540
DDT və metabolizminin məhsulları, mq/kq, ən çox 0,15 СанПиН 42-123-4540
Radionuklidlər
Cezium -117, ən çox 200 МУК 2.6.1.1194-03
Stronsium – 90, ən çox 100 МУК 2.6.1.1194-03

5. Paletlər şəklində yığılması:

    - palet üzərinə yığılmış qofr kartondan olan qutular – quru, təmiz,  yad qoxusuz
    - paletin səthi ilə yük arasına kartondan aralıq qatın istifadə olunması
    - bir paletdə ancaq bir partiya yük ola bilər
    - üstünə yük yığılmış paletlər streç – plyonka ilə sarınır
    - məhsul 800*1200 mm ölçülü avro – paletlərlə daşınır

6. Daşınması:

    Üstüörtülü nəqliyyat vasitələri ilə. Məhsulu yükləməzdən əvvəl nəqliyyat vasitəsinin təmizliyi, quruluğu, həşəratların və yad qoxuların olub-olmadığı yoxlanılır.
    Hər bir nəqliyyat vasitəsinin sanitariya pasportu (gigiyena sertifikatı) olmalıdır.