Fındıq ləpəsi

Hazelnut kernels

“AQROVEST” şirkətinin hazır məhsullarının spesifikasiyası

1. Məhsulun adı:

    Fındıq ləpəsi

2. Ölçüləri (diametri):

    9-11 mm, 10-12 mm, 11-13 mm, 12-13 mm, 13-15 mm

3. Təsviri:

    Fındıq ləpəsi

4. Məhsula olan ümumi tələblər:

    Fındıq ləpəsi hazırkı texniki xarakteristikaların, Azərbaycan hökumətinin 30.04.2010 tarixli, 25 saylı sərəncamının tələblərinə cavab verməli və GOST 16835-81 standartlarına uyğun olmalıdır.

5.  Qablaşdırma:

    Xalis çəkisi 1000 kq olmaqla “Biq-baq” kisələri, xalis çəkisi 80 kq olmaqla parça kisələr və qofr kartondan olan qutulara yığılan,  xalis çəkisi 25 kq, 20 kg, 12.5 kq, 10 kg, 5 kg, 1 kg, 0.5 kg. olan, istilik verilərək əridilib yapışdırılan plyonka materialından ibarət vakuum paketlər

6.  Markalama:

    Marka ingilis və rus dillərində qablaşdırma üzərinə vurulur və aşağıdakı məlumatı daşıyır:
    1)         Məhsulun adı
    2)         İstehsalçı şirkətin adı, ünvanı, məhsulun mənşə ölkəsi
    3)        Məhsul növü
    4)        Məhsulun yığıldığı və qablaşdırıldığı tarix
    5)        Brutto və netto çəkisi
    6)        Keyfiyyəti təsdiqləyən sənədin nömrəsi
    7)        Məhsul partiyasının nömrəsi (lot nömrəsi)

7.  Saxlanması:

    Qablaşdırılmış halda təmiz, havanın nisbi rütubətinin 55-60%-dən çox olmadığı quru anbarlarda +10C-dən +20C-yə qədər temperaturlarda saxlanmalıdır.

8. İstifadəyə yararlılıq müddəti:

    Saxlanma şərtlərinə əməl olunduğu hallarda zəmanət verilən istifadəyə yararlılıq müddəti 12 aydır.

Məhsul növünün xarakteristikası və tətbiq olunan normalar

1. Orqanoleptik xassələri Göstəricinin xarakteristikası Fındıq ləpəsi

Ölçüləri (diametri): 9-11 mm, 10-12 mm, 11-13 mm, 12-13 mm, 13-15mm

Normativ-texniki sənədlərdə göstərilməsi
Xarici görünüşü Bütöv, yaxşı yetişmiş, qəhvəyi və açıq qəhvəyi rəngli qabığa malik ləpələr. Qırıq yerlərində içi ağ, açıq krem rəngindədir. GOST 16835-81
Böyüklük və forma baxımından həmcins ləpələr GOST 16835-81
Dad və qoxu Fındıq ləpəsi üçün xarakterik dad və qoxu, kənar cisimlərin dadı və qoxusu hiss edilmir GOST 16835-81
Ləpələrin kütləsinin orta dəyəri,  ən az 0,8 qram GOST 16835-81
İlkin nəmlik (bazis nəmlik), % 6,0 GOST 16835-81
Ləpələrin nəmliyi, %, ən çox 4,0 GOST 16835-81
2. Fiziki-kimyəvi xassələri Tələblərə və standartlara cavab verməyən ləpələrin miqdarı, %, ən az
Qırıq, mexaniki zədə almış 2,0 GOST 16835-81
Bürüşmüş, qurumuş, tam yetişməmiş, ziyanvericilər tərəfindən korlanmış 1,0 GOST 16835-81
Kiflənmiş, qaxsımış, özəyi saralmış 1,0 GOST 16835
Badam ləpəsi formasımda 1,0 GOST 16835
Uzunsov 1,0 GOST 16835
Yarım 2,0 GOST 16835
Əkiz ləpələr 1,0 GOST 16835
Ziyanvericilər və onların sürfələri tərəfindən xəstəliyə yoluxmuş Yol verilmir GOST 16835
Qabıq və yad cisimlərlə kirlənmə Yol verilmir GOST 16835-81
Peroksid ədədi, mol, O2/kq 3,5-dən az GOST 51487-99
3. Mikrobioloji göstəricilər Turşuluq ədədi, ml, KOH/q 1,0 GOST 50457-92
Məhsulun 0,001 qramında rast gəlinən bağırsaq çöpləri qrupuna aid bakteriyalar (koliformlar) Yol verilmir GOST 30518-97

GOST 50474-93

Məhsulun 25 qramında rast gəlinən patogen mikroorqanizmlər, o cümlədən salmonellalar Yol verilmir GOST 50480-93,

GOST 30519-97

Kiflər, KOE(koloniya yaradan vahidlər)/q 1000-dən az GOST 10444.12-88

GOST 26670-01

4. Təhlükəsizlik göstəriciləri, mq/kq, ən çox
Zəhərli elementlər
Qurğuşunun kütlə konsentrasiyası 0,5 GOST 26932-86
Arsenin kütlə konsentrasiyası 0,3 GOST 26930-86
Kadmiumun kütlə konsentrasiyası 0,1 GOST 26933-86
Civənin kütlə konsentrasiyası 0,05 GOST 26927-86
Mikotoksinlər
B1 aflotoksininin  kütlə konsentrasiyası, mq/kq, ən çox 0,005 GOST 30711-01
Pestisidlər
Heksaxlorsikloheksan, mq/kq, ən çox 0,5 СанПиН 42-123-4540
DDT və metabolizminin məhsulları, mq/kq, ən çox 0,15 СанПиН 42-123-4540
Radionuklidlər
Cezium -117, ən çox 200 МУК 2.6.1.1194-03
Stronsium – 90, ən çox 100 МУК 2.6.1.1194-03

5. Daşınması:

    Üstüörtülü nəqliyyat vasitələri ilə. Məhsulu yükləməzdən əvvəl nəqliyyat vasitəsinin təmizliyi, quruluğu, həşəratların və yad qoxuların olub-olmadığı yoxlanılır.
    Hər bir nəqliyyat vasitəsinin sanitariya pasportu (gigiyena sertifikatı) olmalıdır.