UNİKAL MÜHİT
VƏ LƏZİZ DAD
YÜKSƏK KEYFİYYƏTLİ FINDIQ
Böyük Qafqaz dağlarının ətəyində yerləşən Azərbaycanın şimal və şimal-qərb bölgələri uyğun iqlim şəraiti, münbit torpaq və zəngin su ehtiyatlarının vəhdəti ilə fındıq yetişdirmək üçün misilsiz bir yerdir. Məhz bu bölgədə "Aqrovest" şirkətinin fındıq bağları və istehsal kompleksi yerləşir.
Azərbaycan fındığı qədimdən bəri beynəlxalq bazarda ən keyfiyyətli məhsullardan biri hesab olunur. Fındıq istehsalı sahəsində illər boyu davam etmiş tarixi və təcrübəsi sayəsində bu gün Azərbaycan dünyada ən çox fındıq ixrac edən Türkiyə, İtaliya kimi ölkələrdən sonra ilk üçlüyə daxildir. Bundan əlavə, Azərbaycan fındığı qabaqcıl Avropa ölkələrinə ixrac olunur və layiqincə premium keyfiyyətli məhsul hesab olunur.
İXRACAT COĞRAFİYAMIZ
Strateji hədəfimiz - şirkətimiz tərəfindən yetişdirilən kənd təsərrüfatı məhsullarının davamlı ixracını təmin etməkdir
FINDIQ EMALI ZAVODUMUZ
Ən qabaqcıl texnologiyalırımız və istehsalat prosesi haqqında hərtərəfli məlumat əldə etmək üçün videonu izləyin.
SON XƏBƏRLƏR
Aqrovest MMC-nin ən son biznes xəbərləri və gələcək layihələr, dünya miqyaslı sərgilərdə iştirak, qlobal bazarda fındıqla bağlı xəbərlər və daha çoxunu bloqumuzda oxuya bilərsiniz